Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sabah" Təmkini bağışladı

Tarix: 19 Iyun 2019 19:52

"Sabah" heyətdən kənarlaşdırdığı futbolçusu Təmkin Xəlilzadə ilə bağlı qərar verib.

Paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun verdiyi məlumata görə, klub rəhbərliyi və baş məşqçi Elşad Əhmədov 26 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyib.

Həmidov deyib ki, oyunçu baş məşqçi ilə söhbət edib və intizam qaydalarını pozmayacağına dair söz verib. "O, artıq komanda ilə birlikdə məşqə də çıxıb".

Qeyd edək ki, Təmkin Xəlilzadə 2018-2019 mövsümünün sonuna yaxın daxili intizam qaydalarını pozduğu üçün heyətdən uzaqlaşdırılıb. Xəlilzadə Azərbaycan millisinin də üzvüdür (Report).

 


Etiketlər:  Sabah Təmkini bağışladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ