Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Maliyyə baxımından güclənəcəyik, səbrli olmalıyıq''

''Maliyyə baxımından güclənəcəyik, səbrli olmalıyıq''

Tarix: 19 Iyul 2020 22:42

İngiltərə FA kubokunun yarımfinal mərhələsi çərçivəsində "Mançester Siti"yə 2:0 hesabı ilə qalib gələn "Arsenal"ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mütəxəssis, "şəhərlilər"in üzərindəki qələbə ilə bağlı bunları deyib:

"4-5 gündə etdiklərimizdən xoşbəxtik. Avropanın ən yaxşı komandasını məğlub etmək asan deyil.

Futbolçular çox xoşbəxtdir, böyük komandaya qarşı oyunda vacib vəzifəmiz vardı və bunun öhdəsindən gəldik. Buna görə də, qürur duyurlar. Azarkeşlərimiz üçün darıxırıq, bu günü onlarla birlikdə keçirmək istəyirdik.

Yay transfer planları ilə bağlı söhbətimiz olub, bəzi qeyri-müəyyənliklər var. Mövsümü necə bitirəcəyimiz, kubokun finalında qalib gəlib-gəlməyəcəyimizdən çox şey asılıdır. Qalib gəlsək, maliyyə baxımından güclənəcəyik. Bunun üçün səbrli olmalıyıq".

Milli.Az


Etiketlər:  Maliyyə baxımından güclənəcəyik səbrli olmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ