Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusdan sağalanların sayı 202 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 202 min nəfəri ötüb

Tarix: 19 Iyul 2020 23:08

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 491 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 924 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 219 641 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 997 nəfər olmaqla 202 010 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ