Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 08:12
Bakı. Trend:
15 avtomobildə olan bir qrup silahlı mülki şəxs iyulun 19-da Meksikanın Tamaulipasda ştatında ordu konvoyuna hücum edib.
Trend-in məlumatına görə, bu barədə Televisa telekanalı bildirib.
Bildirilib ki, hərbçilər cavab atəşi ilə hücumun iki iştirakçısını öldürüb. Bundan əlavə bir əsgər yaralanıb.
Toqquşma ABŞ ilə həmsərhəd olan Miguel Aleman bələdiyyəsində baş verib. Döyüşdən sonra hərbiçilər altı zirehli, o cümlədən bir iri çaplı snayper tüfəngi də daxil olmaqla bir neçə odlu silah götürüblər.