Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 04:32
Bakı. Trend:
Fransanın Drom departamentində ağır yol qəzası baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, A7 avtomobil yolu ilə hərəkət edən "Renault" markalı avtomobilin əyləci tutmayıb və avtomobil yoldan kənara çıxaraq aşıb. Daha sonra avtomobil alışıb.
Bildirilir ki, 7 nəfər üçün nəzərdə tutulan avtomobildə 9 nəfər olub. Qəza nəticəsində 5 uşaq həlak olub, 4 nəfər isə yaralanıb.
Fransanın baş naziri Jan Kasteks öz "Twitter" səhifəsində ölənlərin ailələrinə başsağlığı verib.