Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vərəm əleyhinə peyvənd koronavirusun qarşısını alır?

Vərəm əleyhinə peyvənd koronavirusun qarşısını alır?

Tarix: 21 Iyul 2020 23:20

Vərəm əleyhinə peyvənd COVID-19-dan ölüm nisbətini azaltmağa kömək edə bilər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, amerikalı alimlərin araşdırmalarına görə, Bacillus Calmette-Guérin (BCG) adlı peyvənd qeyri-spesifik toxunulmazlığı, yəni digər xəstəliklərdən qorunmanı təmin edir.

Tədqiqatçılar BCG-nin geniş yayıldığı ölkələrdə koronavirusdan ölüm nisbətinin aşağı olduğunu sübut ediblər.

Məlumatda bildirilib ki, vərəm peyvəndi 90 ildən çoxdur istifadə olunur, uşaqlar və böyüklər üçün təhlükəsizdir. Məsələn, hazırda insanların peyvənd olunmadığı Qərbi Almaniyada ölüm nisbəti şərqə nisbətən 2,9 dəfə çoxdur. Ümumiyyətlə, Qərbi Avropada orta ölüm nisbəti peyvəndin daha geniş yayıldığı Şərqi Avropa ilə müqayisədə 9,92 dəfə yüksəkdir.

Qeyd edilib ki, kliniki sınaqlar Hollandiya və Avstraliyada aparılır.


Etiketlər:  Vərəm əleyhinə peyvənd koronavirusun qarşısını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ