Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 14:48
İyulun 21-də futbol üzrə İtaliya çempionatının 35-ci turunun növbəti oyunu keçirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Atalanta" klubu doğma azarkeşlər önündə "Bolonya" komandasını qəbul edib.
Berqamodakı "Atleti Adzurri" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol ikinci hissənin ortalarında vurulub - 62-ci dəqiqədə Luis Murel fərqlənib.
"Atalanta" 74 xal yığaraq İtaliya milli çempionatının yarış cədvəlində ikinci yerə yüksəlib. "Bolonya" isə 43 xalla 10-ci yerdə qərarlaşıb.
Yarışın lideri Turin "Yuventus"udur. Komandanın 80 xalı var.
"Atalanta" növbəti turda səfərdə "Milan"la qarşılaşacaq. "Bolonya" isə evdə "Leççe" ilə oynayacaq. Matçlar 24 iyulda keçiriləcək.