Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vest Bromviç'' 2 ildən sonra Premyer Liqaya qayıdıb

''Vest Bromviç'' 2 ildən sonra Premyer Liqaya qayıdıb

Tarix: 23 Iyul 2020 08:10

İngiltərə Premyer Liqasına vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, buna Çempionşipin sonuncu - 46-cı turunun matçlarının ardından aydınlıq gəlib.

Son turda öz meydanında "Kuinz Park Reyncers"lə heç-heçə edən (2:2) "Vest Bromviç" 83 xalla 2-ci yeri tutub və 2 illik fasilədən sonra Premyer Liqaya qayıdıb. Bununla "Vest Bromviç" "Lids"lə birlikdə elitada iştirak hüququ əldə edib.

Sonuncu vəsiqənin sahibini isə pley-off oyunları müəyyənləşdirəcək. 3-6-cı yerləri tutan "Brentford", "Fulhem", "Kardiff" və "Suonsi" öz aralarında pley-off görüşləri keçirəcəklər.


Etiketlər:  Vest Bromviç ildən sonra Premyer Liqaya qayıdıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ