Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Renatın Çempionşip təmsilçisinə keçidi alınmadı

Renatın Çempionşip təmsilçisinə keçidi alınmadı

Tarix: 23 Iyul 2020 10:04

İngiltərə Çempionşip təmsilçisi "Birmingem Siti" "Vulverhempton"da çıxış edən millimizin üzvünü transfer etmək istəyib.

Qol.az xəbər verir ki, bu barədə "Dailymail" nəşri məlumat yayıb. Bildirib ki, "Birmingem Sii" 21 yaşlı hücumçunu icarəyə götürməyi planlaşdırıb. Ancaq klublar arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, digər Çempionşip təmsilçisi "Koventri" də millimizin oyunçusu ilə maraqlanır.

Xatırladaq ki, Renat 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib.

 


Etiketlər:  Renatın Çempionşip təmsilçisinə keçidi alınmadı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR