Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 13:57
Bu gün ermənilərin keçirdiyi təxribat xarakterli aksiyaların davam edib-etməyəcəyini demək olmaz.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Ermənilərin yeni bir xətti var, onlar danışıqlar prosesini dağıdıblar. Bu gün gərginliyin artmasında birbaşa məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Ola bilər ki, onlar bu çirkin əməllərinə öz terror təşkilatlarını cəlb etsinlər. Xüsusən də ASALA kimi erməni terror təşkilatları hələ də mövcuddur. Buna görə də biz bu gün müraciət edərək hər kəsi diqqətli olmağa çağırırıq.
Yaxın tarixə nəzər salsaq, erməni terror təşkilatlarının törətdiyi hadisələr unudulmamalıdır. Buna görə də həm biz, həm digər ölkələr bütün baş verə biləcək hadisələrə qarşı diqqətli və ehtiyatlı olmalıdır".