Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevdən ''Azərsu” sədrinə irad: Onlar vəsait ayırmayıb, siz də oturmusunuz ki, onlar ayırmayıb, mən də otururam heç nə etmirəm

Prezident İlham Əliyevdən ''Azərsu” sədrinə irad: Onlar vəsait ayırmayıb, siz də oturmusunuz ki, onlar ayırmayıb, mən də otururam heç nə etmirəm

Tarix: 23 Iyul 2020 23:57

Onlar vəsait ayırmayıb, siz də oturmusunuz ki, onlar ayırmayıb, mən də otururam heç nə etmirəm.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova deyib.

Müşavirədə bildirilib:

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov: Təkcə Xaçmaz şəhəri deyil, bir çox şəhərlərdə - Şamaxı, Qax, Qəbələ və sair şəhərlərdə, xüsusilə beynəlxalq maliyyə qurumlarının vəsaiti ilə layihələndirilən rayonlarda layihələr 2009-2012-ci illərə əsasən hazırlanıb. Bu layihələr hazırlanarkən şəhərin mövcud ərazisi nəzərə alınmışdır. Amma sonradan bildiyiniz kimi, ölkəmizdə Abşeron yarımadasında, regionlarda şəhərlər sürətlə böyüyür və bu böyümə nəticəsində təkcə Şamaxıda min ev bu gün layihədən kənarda qalıb. Yəni, layihə zamanı bu evlər yox idi. Xaçmazda 1450, Qaxda 682, Qəbələdə 500 ev və sair. Belə hallar bir çox rayonlarda var və biz bununla bağlı yeni layihələr hazırlayırıq ki, gələcəkdə investisiya proqramı çərçivəsində bu kəndlərin problemi həll olunsun.

Prezident İlham Əliyev: Axı, hər dəfə mən açılışlarda olanda siz mənə məlumat verirdiniz ki, bu layihələr elə hazırlanıb ki, 2030-cu ilə qədər artan əhalini nəzərə alsın. İndi isə deyirsən ki, əhali artıb 1000 ev orada tikilib, ona görə su çatmır. Bəs necə ola bilər ki, 30-cu ilə qədər siz bunu planlaşdırırdınız ki, indi 600 ev tikilib və su çatmır?

Qorxmaz Hüseynov: Cənab Prezident, üzr istəyirəm, bizim suyun hesabatı 2030-cu il nəzərə alınmaqla, əhali artımı nəzərə alınmaqladır. Amma infrastruktura ayrılan vəsait mövcud ərazi üçün nəzərdə tutulduğundan yenidən maliyyələşib, yenidən qurulmalıdır, xüsusilə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşən rayonlarda. Çünki beynəlxalq maliyyə qurumları bu layihələrə əlavə vəsait ayırmayıb.

Prezident İlham Əliyev: Onlar ayırmayıb, onda müraciət edəydiniz hökumətə, biz dövlət investisiya proqramından vəsait ayırardıq. Onlar ayırmayıb, siz də oturmusunuz ki, onlar ayırmayıb, mən də otururam heç nə etmirəm. Bəs yaxşı heç kim bilmir ki, yeni evlər tikilir, Azərbaycanın əhalisi artır və artacaq? Hər dəfə mənə deyirdiniz ki, 2030-cu ilə qədər hər şey nəzərdə tutulub - mənbə də, infrastruktur da. İndi də deyirsən ki, yox 600 ev orada tikilib, 1000 ev burada tikilib, ona görə su çatmır.


Etiketlər:  Prezident İlham Əliyevdən Azərsu sədrinə irad Onlar vəsait ayırmayıb oturmusunuz onlar ayırmayıb mən otururam heç etmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ