Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 01:12
Bakı. Trend:
ABŞ-ın iki qırıcı təyyarəsi Suriya üzərində İranın "Mahan Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinə yaxınlaşıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu təyyarənin pilotu deyib.
Onun sözlərinə görə, bu barədə sərnişin təyyarəsinin heyəti ilə radiorabitə ilə əlaqə zamanı qırıcı təyyarələrin pilotları bildiriblər.
Bildirilir ki, təyyarə Livana uçurmuş və hazırda Beyrutun hava limanında eniş edib.
Qeyd edilir ki, daha əvvəl qırıcı təyyarələrin İsrailə məxsus olduğu deyilirdi.