Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: ''Bu günlərdə baş verən hadisələr ermənilərin terrorçu mahiyyətini bir daha ortaya qoyur''

Deputat: ''Bu günlərdə baş verən hadisələr ermənilərin terrorçu mahiyyətini bir daha ortaya qoyur''

Tarix: 24 Iyul 2020 13:09

Xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz istiqamətində növbəti təxribatlarına etiraz məqsədilə aksiyalar keçirən dinc azərbaycanlılara qarşı son dərəcə aqressiv təxribatçı əməllər törədən ermənilər bir daha öz faşist və vandal mahiyyətlərini ortaya qoydular.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ermənilər tarix boyu terroçuluq əməlləri ilə yadda qalıblar: "Terrorçuluq və vandallıq ermənilər üçün ənənəvi xarakter daşıyır. Keçmişə nəzərə salsaq aydın görərəik ki, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər.

Tarix boyu xalqımıza qarşı insanlığa sığmayan cinayətlər və qırğınlar törətmiş ermənilərdən riyakarlıqdan başqa heç nə gözləmək olmaz. Onlar daim xalqımızın qanına susayıb, dinc əhalimizə qarşı ən ağır cinayətlər törədiblər".

A.Həsənova qeyd edib ki, Azərbaycan xalqı dəfələrlə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) ermənilər tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan qırğınlara məruz qalıb.

Deputat vurğulayıb ki, ermənilərin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi bəşər tarixinin ən qanlı qırğınlardan biri də Xocalı soyqırımıdır:

"Ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırım və qırğınlar nəticəsində yüz minlərlə dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib".

A.Həsənova bildirib ki, Ermənistan 1991-ci ildə müstəqillik qazandıqdan sonra terroru dövlət siyasətinə çevirib: "1994-cü il martın 19-da və iyulun 3-də Bakı Metropolitenində baş vermiş terror aktlarını da xatırlatmaq yerinə düşər. Karen Baqdasaryan və Seyran Sarkisyan tərəfindən təşkil olunan bu terror aktlarında 27 nəfər həlak olub və 91 nəfər yaralanıb".

Deputat vurğulayıb ki, bu günlərdə baş verən hadisələr ermənilərin terrorçu mahiyyətini bir daha ortaya qoyur:

"Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilir.

Ermənistan tərəfinin Tovuz istiqamətində törətdiyi təxribata əvvəlcə ordumuz tərəfindən layiqli cavab verildi, daha sonra beynəlxalq aləmdə də ermənilərin bu təxribatı ifşa olundu, xaricdə yaşayan soydaşlarımız bu tərxribata etiraz olaraq geniş miqyaslı aksiyaıar keçirdilər, eyni zamanda beynəlxalq təşkilatlar Ermənistanın bu əməlini pislədi. İfşa olunduqlarını görən ermənilər daha da aqrressivlərəşərək dinc soydaşlarımıza qarşı növbəti təxribatlara başladılar.

Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur.
Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktları həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir".


Etiketlər:  Deputat günlərdə baş verən hadisələr ermənilərin terrorçu mahiyyətini daha ortaya qoyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ