Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO

Tarix: 24 Iyul 2020 21:12

Sumqayıtda COVID-19 testinin nəticələri pozitiv çıxan vəzifəli şəxs dünyasını dəyişib.

Sonxeber.net xeberle.com-a istinadən verdiyi məlumatına görə, Sumqayıt Telekommunikasiya Qovşağında əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən Həsən Rzayev müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, şəkərli diabet xəstəsi olan 60 yaşlı H.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Telekommunikasiya Qovşağından verilən açıqlamada H. Rzayevin koronavirusa yoluxduğu və dünyasını dəyişdiyi təsdiq edilib.
 
Qeyd edək ki, o, uzun illərdir ki, rabitə sistemində çalışırdı.


Etiketlər:  Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ