Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 15:39
Bakı. Trend:
Rabitəbank “Güc xanımlardadır” məhsuluna yeni imkanlar əlavə edərək, ölkənin sahibkar xanımlarına dəstək olan bank kimi, güclü xanımlarımızın yanındadır!
Bu gün ölkəmizdə sahibkarlıq istiqamətində xanımların iştirakı gözə dəyəcək qədər hiss olunmağa başlayıb. Məhs onların baxışı bir çox fəaliyyət istiqamətlərinin yaranmasına və unikal şəkildə inkişafına təkan verir. Bütün bunların fonunda, ölkə rəhbərliyinin sahibkarlığa dəstək istiqamətlərindən biri də, qadın sahibkarlığını artırmaqdır.
Rabitəbank da istehsalat, sənayə və xidmət, ticarət, kənd təsərrüfatı və digər sahələr üzrə sahibkar olmaq istəyən xanımlarımızın gücünə güc qatmaq üçün, maksimum 3 ay müddətinə güzəştlə, illik cəmi 14.9% ilə, 36 aya dək, heç bir komissiya xərci olmadan 20.001-1.000.000 manata dək sahibkarlıq krediti olan “Güc xanımlarda” məhsulunu təklif edir!
Sahibkar xanımlarımıza ölkədə ən aşağı faiz və yüksək məbləğlə təklif etdiyimiz məhsulumuzun, Biz Kart və yaxud Lady debet, internet bankçılıqdan pulsuz istifadə və bir illik pulsuz post terminal ilə təmin olunma kimi imtiyazları da təqdim edirik.
Daha ətraflı məlumat üçün və sifariş üçün http://bit.ly/guc-xanimlarda-ya daxil ola bilərsiniz. Həmçinin siz RabitabankBotdan istifadə edərək telegram və facebook messenger üzərindən #gücxanımlarda kreditinə online müraciət edə bilərsiniz.
Ölkənin ilk müstəqil banklarında olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin