Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 07:02
Bu gündən etibarən karantin rejiminin sərtləşdirildiyi ərazilərdə ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur.
Sonxeber.net bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur.
Bununla əlaqədar 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa taksi fəaliyyətinə aid deyil.
Xatırladaq ki, qeyd olunan şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək. Növbəti həftəsonu - 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.