Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişli rayonunda bir gündə 2 yanğın qeydə alınıb, xəsarət alanlar var

İmişli rayonunda bir gündə 2 yanğın qeydə alınıb, xəsarət alanlar var

Tarix: 25 Iyul 2020 07:12

İmişli rayonunda həyətyanı sahədə həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın zamanı 2 nəfər xəsarət alıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

***

İmişli rayonunda digər yanğın Qaralar kəndində baş verib. Ümumi sahəsi 40 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  İmişli rayonunda gündə yanğın qeydə alınıb xəsarət alanlar


RƏYLƏR