Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qalatasaray” sonuncu turda da qalib gələ bilməyib

“Qalatasaray” sonuncu turda da qalib gələ bilməyib

Tarix: 25 Iyul 2020 08:14

Futbol üzrə Türkiyə çempionatının sonuncu - 34-cü turunun birinci qarşılaşmasında "Antalyaspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyunda tərəflər hər biri iki dəfə fərqlənmək imkanı əldə ediblər. Antalya təmsilçisinin qollarını Fredi Kulembe (19) və Qustavo Blanko (92) vurub. İstanbul klubunun heyətində isə Marselo Saraççi (58) və Younis Belhanda (65) fərqləniblər.

Bundan əlavə, turda bu gün "Konyaspor" - "Alanyaspor", "Dənizlispor" - "Ankaragücü", "Fənərbağça" - "Rizəspor", "Gənclərbirliyi" - "Beşiktaş", "Göztəpə" - "Sivasspor", "Kayserispor" - "Trabzonspor", "Yeni Malatyaspor" - "Qaziantep" komandaları qarşılaşacaq. XXXIV tura iyulun 26-da "Kasımpaşa" - "Başakşəhər" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 69 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 60 xalla üçüncü, "Beşiktaş" klubu isə 59 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (56 xal), "Alanyaspor" (54 xal), "Fənərbağça" (45 xal) və digər komandalar gəlir.


Etiketlər:  Qalatasaray sonuncu turda qalib gələ bilməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ