Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən yaxşı 5 məşqçi bəlli oldu

Ən yaxşı 5 məşqçi bəlli oldu

Tarix: 25 Iyul 2020 12:50

Dünyanın ən yaxşı 5 məşqçisinin siyahısı açıqlanıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, "Sportskeeda"nın reytinqinə almaniyalı Yurgen Klopp başçılıq edir.

İngiltərə "Liverpul"unun çalışdırıcısı bütün həmkarlarını arxada qoyub. Komandası ilə ötən mövsüm Çempionlar Liqasını, bu il Premyer Liqanı qazanan mütəxəssisin ən yaxın izləyicisi Pep Qvardioladır. İngiltərə "Mançester Siti"sinin çalışdırıcısı karyerası ərzində 29 titula yiyələnib.

İlk "üçlüy"ü İspaniya "Real"ını çalışdıran fransalı Zinəddin Zidan qapayır. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 4-cü, "İnter"in çalışdırıcısı Antonio Konte 5-ci yerdə qərarlaşıb.


Etiketlər:  yaxşı məşqçi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ