Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 16:18
İspaniyanın “Hueska” klubu yaponiyalı hücumçusu Sindzi Okazaki ilə müqavilənin müddətini uzadıb.
Qol.az xəbər verir ki, bu barədə sözügedən klubun mətmbuat xidməti məlumat yayıb.
34 yaşlı yaponiyalı futbolçu yeni müqaviləyə əsasən, növbəti mövsümün sonuna qədər “Hueska”nın uğurları üçün çalışmağa davam edəcək. O, 2019-cu ilin sentyabrından bu komandada çıxış edir.
Yaponiya yığmasında 119 oyun keçirib, 50 qol vurmuş Okazaki karyerası ərzində “Lester Siti, “Maynts”, “Ştutqart”, “Simidzu S-Pals” klublarında da çıxış edib.
Qeyd edək ki, Sequndada çıxış edən “Hueska” 2019/20 mövsümünün yekunlarına əsasən növbəti mövsümdən La Liqada mübarizə aparacaq.