Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 15:56
Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı Sebastyan Höness çalışdıracaq.
Münhen klubunun sabiq prezidenti Uli Hönessin qardaşı oğlu olan 38 yaşlı məşqçi ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb. Hönnes bunadək "Bavariya 2"ni çalışdırırdı.
Qeyd edək ki, Bundesliqada mövsümü 6-cı pillədə başa vuran "Hoffenhaym" Avroliqaya vəsiqə qazanıb.