Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 16:39
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumu bölgədə atəşkəsin pozulmasına, gərginliyin artmasına səbəb olub. Bir millət, iki dövlət prinsipi ilə hərəkət edən Türkiyə ilə Azərbaycan arasında daha sıx birlik yaranıb. Ermənilərin xain hücumundan sonra daha güclü, konkret addımların atılacağı, əlaqələrin daha da gücləndiriləcəyi qarşıya konkret məqsəd olaraq qoyulub.
Sonxeber.net-ın məlumatına görə, bu fikirlər Turan Uyğarlığı Təşkilatının Türkiyə mediasında yer alan bəyanatında qeyd olunub. Təşkilat sədri Dərviş Rəcəb bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ifadə ettiyi kimi, Ermənistan bu təcavüzün altında boğulacaq: "Birləşmiş Millətlər Təşkilatının və bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğalçi olaraq qabul edib və Azərbaycan torpaqlarını erməni silahlı qvvələrinin dərhal tərk etmələrini bəyan etsə də bu qərarlar indiyə qədər diqqətə alınmayıb. Tam əksinə, təcavüz gettikcə artıb. Tovuz olaylarında həyatını itirən şəhidlərimizin qanları yerdə qalmayacaq. "Türkün Türkdən yaxşı dostu ola bilmaz" anlayışını ağılla həyata keçirəcəyik. Zamanı gələndə bu birliyimizdən doğan gücümüzün zalımlar üzərində təsirini görəcəkləri gün uzaqda deyil. Azərbaycandakı şəhidlərimizə Allahdan rəhmət, uca millətimizə səbr və əzm diləyir, Turan sədası, Qarabağ sevdası Türkün unudulmaz andı olduğunu bütün ictimaiyyətə sayqı ilə bəyan edirik".
Təşkilat funksioneri Ufuk Kamal isə dedi ki, Ermənistan Tovuzda törətdiyi təxribatların cəzasını çəkəcək: "Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqe sərgiləməsi qürurvericidir. Biz Turan Uyğarlığı Təşkilatı olaraq dövlət başçılarımızın birlik mesajından son dərəcə məmnunuq və onların arxasındayıq. Bu düşmənə göz dağı verməklə yanaşı, eyni zamanda həm ölkələrimizin daxilində, həm də qürbətdə yaşayan soydaşlarımıza stimul verir. Biz bütün cəbhələrdə düşməni məğlub edəcəyimizə əminik. Bir daha bəyan edirik ki, böyük millətin fərdləri olaraq savaşa tam hazırıq və bizim qarşımızda heç bir güc dayana bilməz. Onu da nəzərinizə çatdırım ki, Turan Uyğarlığı Təşkilatının 1000 üzvü bizə rəsmi müraciət edərək Qarabağda savaşmağa hazır olduğunu bildirib".
Ufuk Kamal erməni diasporunun Avropada və dünyanın müxtəlif ölkələrində soydaşlarımıza qarşı törətdiyi təxribatlara, vandal hərəkətlərə də toxunub: "Təbii ki, ermənilərə istənilən formada cavab vermək gücümüz var. Ermənilər dünyanın heç bir yerində, o cümlədən Avropada bizim qarşımızda dayana, duruş gətirə bilməzlər. Los Ancelesdə, Brüsseldə və digər yerlərdəki təxribatlar və təxribatlara cəhdlər planlı olaraq həyata keçirilir. Bizim onları əzməyimiz bizim deyil, onların işinə yarayacaq. Biz emosional qərar verməməli, son dərəcə ağılla hərəkət etməli və bu prosesi lehimizə çevirməliyik. Bunun üçün fürsət yaranıb. Şükür ki, artıq diaspor təşkilatrımızın əksəriyyəti bunu təxribat olduğunu anladı və prosesi ağıllı şəkildə yönləndirəcəklərinə ümidliyəm".