Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 17:56
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen koronavirusa yoluxub.
Trend-in məlumatına görə, R.O'Brayen ötən həftədən etibarən işə getmir. Onun sağlamlıq vəziyyəti barədə hər hansı bir məlumat verilməyib.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə liderlik edir.
Bu günədək ölkədə 4,4 milyona yaxın şəxs virusa yoluxub, təxminən 150 min nəfər həyatını itirib.