Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 14:30
İran millisinin və "Persepolis"in futbolçusu Əli Əlipur karyerasını Azərbaycanda davam etdirə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Neftçi" 25 yaşlı hücumçunu transfer etmək istəyir. Bildirilib ki, Bakı təmsilçisi ona bir mövsüm üçün 300 min avro maaş təklif edib.
Ə.Əlipur bundan əvvəl Macarıstan klublarından birindən təklif alıb, ancaq tərəflər razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Əlipur ötən mövsüm 16 matçda 7 qol vurub və 5 qolun ötürməsini verib. O, İran millisi ilə 3 oyuna çıxıb.