Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” və “Keşlə” püşkdə səpələnəcək, “Sumqayıt” zəiflərin səbətində

“Neftçi” və “Keşlə” püşkdə səpələnəcək, “Sumqayıt” zəiflərin səbətində

Tarix: 28 Iyul 2020 17:08

Şimali İrlandiyada kubokun finalçıları müəyyənləşib.

Qol.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu, Avropa Liqasında mübarizə aparacaq “Keşlə”nin püşkatma zamanı yer alacağı səbətə aydınlıq gətirib.

Şimali İrlandiya kubokunda finala yüksələn “Ballimena” və “Qlentoran”ın UEFA reytinqi “Keşlə” ilə müqayisədə daha aşağıdır.

“Ballimena”da bu rəqəm 1,250, “Qlentoran”da 0,975-dir. Bu göstərici şimali irlandiyalıları hətta ilkin mərhələdə səpələnməmiş edəcək. Nəticədə “Cent Cozefs” (Cəbəllütariq) bu raundda səpələnəcək və onun cütü I təsnifat mərhələsinin püşkündə zəiflər sırasına düşəcək.

Bu da paytaxt təmsilçisini I təsnifat mərhələsinin püşkü zamanı səpələnmişlər sırasına düşməsi üçün yetərli olacaq. Bir sözlə, Bakının hər iki klubu – “Neftçi” və “Keşlə” püşkdə səpələnəcək. “Sumqayıt” isə zəiflərin yer alacığı səbətdə qərarlaşacaq.

Şimali İrlandiya kubokunun qalibi Avropa Liqasında ilkin mərhələdə mübarizə aparacaq. Bu komandanın yer aldığı cüt avqustun 10-dakı püşkatmada daha güclü tərəfin əmsalına əsasən səbətini tanıyacaq.

I təsnifat mərhələsi
Səpələnmişlər


APOEL (Kipr)
“Partizan” (Serbiya)
"Styaua" (Rumıniya)
"Maribor" (Sloveniya)
"Hapoel" (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Fehervar” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
TNS (Uels)
“Dinamo” (Minsk, Belarus)
"Lex" (Polşa)
"Aberdin" (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
"Alaşkert" (Ermənistan)
“Kayrat” (Qazaxıstan)
“Jalgiris” (Vilnüs, Litva)
Danimarka təmsilçisi
“Motervell” (Şotlandiya)
"Kukesi" (Albaniya)
“Vaduts” (Lixtenşteyn)
“Valletta” (Malta)
“Ventspils” (Latviya)
"Olimpiya" (Sloveniya)
“Linkoln”un (Cəbəllütariq) cütü
“Topola” (Serbiya)
Rumıniya təmsilçisi
“Servett” (İsveçrə)
“Nomme Kalyu” (Estoniya)
“Şaxtyor” (Belarus)
İsveç təmsilçisi
“Hammarbü” (İsveç)
“Hafnarfyordur” (İslandiya)
"Bodo Qlimt" (Norveç)
“Santa Koloma”nın (Andorra) cütü
“Riterlay” (Litva)
“Proqress” (Lüksemburq)
MOİK (Bolqarıstan)
"Sutyeska" (Monteneqro)
“Honved” (Macarıstan)
“Makkabi” (Hayfa, İsrail)
"Beytar" (İsrail)
“Ordabası” (Qazaxıstan)
“Neftçi” (Azərbaycan)
“Şemrok Rovers” (İrlandiya)
B-36-nın (Farer adaları) cütü
“Keşlə” (Azərbaycan)

Səpələnməmişlər

“Sumqayıt” (Azərbaycan)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
"Slaviya" (Bolqarıstan)
"Botoşani" (Rumıniya)
"Pyast" (Polşa)
“Levadiya” (Estoniya)
“Krakoviya” (Polşa)
“Hibernians” (Malta)
"Dunayska" (Slovakiya)
"Rujomberok" (Slovakiya)
"Jilina" (Slovakiya)
“Jelezniçar” (Bosniya və Herseqovina)
"Laçi" (Albaniya)
"Mura" (Sloveniya)
“Puşkaş Akademi” (Macarıstan)
“Saburtalo” (Gürcüstan)
“Tre Penne”nin (San-Marino) cütü
“Runavik”in (Farer adaları) cütü
“Torshavn”ın (Farer adaları) cütü
“Şkupi” (Şimali Makedoniya)
“Petrokub” (Moldova)
“Enqordan”ın (Andorra) cütü
“Cent Cozefs”in (Cəbəllütariq) cütü
“Union” (Lüksemburq)
“Differdanj” (Lüksemburq)
“Jalgiris” (Kauno, Litva)
RFS (Latviya)
“Valmiera” (Latviya)
"Noa" (Ermənistan)
“Teuta” (Şimali Makedoniya)
"Şirak" (Ermənistan)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Sfantul” (Moldova)
“Dinamo-Avto” (Moldova)
“Bohemians” (İrlandiya)
“Derri” (İrlandiya)
“İnter” (Finlandiya)
“İlves” (Finlandiya)
“Honka” (Finlandiya)
“Breydablik” (İslandiya)
“Bala Taun” (Uels)
“Dinamo” (Batumi, Gürcüstan)
“Lokomotivi” (Gürcüstan)
“Sirens” (Malta)
“Vikinqur” (İslandiya)
“Payde” (Estoniya)

 


Etiketlər:  Neftçi Keşlə püşkdə səpələnəcək Sumqayıt zəiflərin səbətində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ