Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo ''Kalyari'' ilə oyunu buraxa bilər

Ronaldo ''Kalyari'' ilə oyunu buraxa bilər

Tarix: 28 Iyul 2020 17:32

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 37-ci turunda "Kalyari" ilə oyunu buraxa bilər.

Qol.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, Turin klubunun baş məşqçisi Marissio Sarri Çempionlar Liqası bərpa olunmazdan əvvəl portuqaliyalı hücumçuya istirahət vermək istəyir.

Qeyd edək ki, Ronaldo "Qızıl buts" uğrunda mübarizəni davam etdiri. O, ölkə çempionatında 31 qol vurub. "Latsio"nun hücumçusu Çiro İmmobile də 31 dəfə fərqlənib. "Bavariya"nın futbolçusu Robert Levandovski isə 34 qolla "Qızıl Buts" uğrunda mübarizədə liderdir.

Əlavə edək ki, "Yuventus" ÇL-in 1/8 finanlının cavab oyunu çərçivəsində avqustda "Lion"la qarşılaşacaq

 


Etiketlər:  Ronaldo Kalyari ilə oyunu buraxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ