Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə koronavirusla bağlı son vəziyyət necədir? - AÇIQLAMA

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə koronavirusla bağlı son vəziyyət necədir? - AÇIQLAMA

Tarix: 30 Iyul 2020 17:00

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gürcüstda azərbaycanlıların daha sıx yaşadıqları Qardabani rayonun koronavirusa yoluxanlar barədə yeni məlumat var.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Trend-ə açıqlamasında bildirib ki, Qardabani rayonunda 56 yoxlamnın 36-ı Qaracalar kəndindədir:

"İyul ayının 24-dən Qardabani bələdiyyəsinin Qacalar kəndində sərt karantin rejimi tətbiq olunub. Buna səbəb isə orada bir neçə yoluxma faktının aşkar olunması idi. Həmin aşkarlanmadan sonra 6 həkim briqadası kənddə psr üsulu ilə test müayinələrinin aparılması ilə məşğul oldular. Ümumilikdə 2400 nəfər sakindən testlər götürülüb. Həmin götürülən testlərdən 36-sı müsbət çıxıb. Hazırda Qardabanidə 56 yoluxmadan 36-sı Qaracalar kəndindədir".

M. Dərziyev qeyd edib ki, vəziyyət elə də pis deyil. Belə ki, koronavirusa yoluxmuş insanlarla ünsiyyətdə olan şəxslər artıq kütləvi şəkildə testlərdən keçirilir. Bu günə olan nəticələrə görə, 180 nəfər testdən keçmiş şəxslərin nəticələri neqativ çıxıb.


Etiketlər:  Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə koronavirusla bağlı vəziyyət necədir AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ