Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 17:48
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib ki, əldə olunan məlumata görə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq haqqında razılaşma əsasında 29 iyul-10 avqust tarixlərində Azərbaycan ərazisində birgə, planlaşdırılmış, əməliyyat taktiki hərbi təlimləri keçirilir.
"Təlimlərdə 5 minə yaxın hərbçi iştirak edir. 150 zirehli texnika, 150-yə yaxın artilleriya qurğuları və hava hücumundan müdafiə vasitələri, eləcə də taktiki aviasiyanın 30 təyyarə və helikopteri, pilotsuz uçuş aparatları iştirak edir. Biz, xüsusilə bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişəni nəzərə almaqla, ən diqqətli şəkildə regiondakı vəziyyəti izləyirik, tərəfləri o cümlədən hazırkı hərbi fəaliyyətlərində təkidli şəkildə təmkinli olmağa çağırırıq".