Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 20:56
Kosmos müharibələri bir çox insanın dilində olsa da, hələ dəqiq izah olunmayıb. Lakin mövzu ilə bağlı iddialar çox güclüdür.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hamının çox yaxından izlədiyi və gələcəkdə olmasını gözlədiyi kosmik müharibələr çox qısa bir zamanda başlaya bilər. Bir az qorxunc olan bu mövzuya dair bütün təfərrüatları bu yazımızda oxuya bilərsiniz.
ABŞ Dövlət Departamentinin yeni bir açıqlaması hər şeyin fitilini alovlandırdı. Onların sözlərinə görə Rusiya əsl peyk kimi görünə biləcək silahı kosmosa daşıyırdı. Bu da ABŞ kimi ölkələrin qisas almasına səbəb ola bilər. Bütün ölkələr məsələdə sakit olmağa çalışsalar da iddialar çox güclüdür.
İngiltərə Rusiyanın peyk əleyhinə silahlara sahib olduğunu iddia edən ilk ölkə idi. İnsanlar tərəfindən ciddi qəbul edilməyən bu açıqlama ehtimal ki, doğru idi. Ancaq bunun doğru olub olmadığı ilə heç kim maraqlanmadı. İndi isə ABŞ Dövlət Departamentinin açıqlamalarında Moskvanın ABŞ-ın imkanlarını məhdudlaşdırmaq üçün əks kosmik proqram başlatdığını bildirib.
İngiltərə Kosmik Agentliyi rəhbərinin Hava Xidmətləri üzrə köməkçisi marşal Harvey Smyth "silah xüsusiyyətlərinə" sahib olduğunu söylədiyi son Rusiya peyki sınağından narahat olduğunu bildirdi. Onların sözlərinə görə, Rusiya artıq kosmosda atışmalara başlayıb. Həm İngiltərə, həm də ABŞ özündən əmin danışır.
Edilən açıqlamaların ardından "Bu kimi hərəkətlər kosmosun dinc istifadəsini təhdid edir və peyklər Yerə bağlı kosmik sistemlərə təhlükə yarada biləcək tullantılara çevrilmə riskini yaradır" dedi. Baş nazir Rusiyanı "məsuliyyətli" olmağa və "bundan sonra belə bir imtahandan çəkinməyə" dəvət etdi. Rusiya Müdafiə Nazirliyi o vaxt yeni bir Rusiya peykinin iyulun 15-də ölkənin kosmik avadanlıqlarını yoxlamaq üçün sınaqdan keçirildiyini və məsələni təkzib etdiyini söylədi. Siz də, həqiqətən, kosmik müharibələrin yaxın olduğunu düşünürsünüz? Proqnozlarınızı şərh bölməsində bizimlə paylaşa bilərsiniz.