Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət büdcəsinə dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub

Dövlət büdcəsinə dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub

Tarix: 31 Iyul 2020 11:56

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Mili Məclisə daxil olub.

Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bayramdan sonrakı həftə ərzində qanun layihəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsi həyata keçiriləcək.

Eyni zamanda, 2020-ci il dövlət büdcəsinə dəyişikliklə bağlı "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı layihə və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanuna da dəyişikliklər ediləcək. Bu qanun layihələrinin komitədə müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, dünən Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdi.


Etiketlər:  Dövlət büdcəsinə dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ