Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 11:57
Prezident İlham Əliyev Balakən rayonunda istifadəyə verilmiş "ASAN xidmət" mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Balakən rayonunda istifadəyə verilmiş "ASAN xidmət" mərkəzinin infrastruktur imkanlarının "ASAN Həyat" kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.