Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Paşinyan bu faktı təkzib edə bilməz"

Tarix: 31 Iyul 2020 12:42

Dövlət başçısının bu fikirləri Rusiyaya da bir mesajdır ki, yəni sizin dəstək verdiyiniz bir dövlətin baş naziri sizin əleyhinizə olan iş birliyi içərisindədir.

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin "Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir" nitqini şərh edərkən deyib.

Politoloq bildirib ki, Paşinyan hakimiyyətə gələndən sonra Soros fondu ilə əlaqəli olan ermənilər yüksək vəzifələrə təyin olundular:

"Çünki Soros Rusiyaya düşmən şəxsin təşkilatı hesab edilir. Sorosun fondları, təşkilatları dünyada, müxtəlif ölkələrdə rəngli inqilablarla tanınır. Bu da Rusiyanın maraqlarına ziddir. Ona görə, Prezident İlham Əliyevin bu açıqlaması, əslində, Rusiya hakimiyyətinə ünvanlanıb ki, yəni baxın, sizin dəstək verdiyiniz ölkənin baş naziri görün kimlərlə əlbirdir.

Düzdür, işğalçı dövlətin Baş naziri Nikol Paşinyan Rusiyanın RBK televiziya kanalına son müsahibəsində ona verilən bu suallardan qaçmağa çalışdı. Dedi guya "Ondan qabaq da belə təşkilatlar olubdur, Ermənistanlıq burada problem yoxdur". Amma gərək onda jurnalist ona sual verərdi ki, axı keçmiş hakimiyyətin dövründə Soros fondunun əməkdaşları yüksək vəzifələr tutmurdu, məhz Paşinyan hakimiyyətə gələndən sonra Soros fondu ilə əlaqəli olan ermənilər yüksək vəzifələrə təyin olundular.

Dövlət başçısı haqlıdır, Ermənistan hakimiyyətinin Soros fondu ilə birbaşa bağlılıqları var, üstəgəl də Soros fondundan Ermənistana virusla mübarizə üçün 600 min dollar pul ayırdı. Bu da bir daha göstərdi ki, bəli, Paşinyan bu faktı təkzib edə bilməz. Rusiya cəmiyyətində də bu məsələ suallar doğurmalıdır".

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Paşinyan bu faktı təkzib edə bilməz


RƏYLƏR