Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 16:02
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Qol.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.
Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb.
Azərbaycanın digər təmsilçiləri – Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə 2 pillə geriləyərək, 91-ci pillədə yer alıb.
Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen başçılıq edir. Onun aktivində 2863 xal var.
Qadın şahmatçılarımız arasında isə Günay Məmmədzadə 29-cu, bir pillə irəliləyən Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə bir pillə irəliləyərək, 86-cı pillədə qərarlaşıb.