Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 16:00
2017-ci ildən bəri Serbiya "Vectura trans", "Partizan tech" və "Zastava oružje" firmalarına Ermənistana silah ixracı üçün 19 icazə verib.
Sonxeber.net bildirir ki, Virtualaz.org Regnum-a istinadən xəbər verir ki, bunu iyulun 30-da Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Layiç ölkə parlamentinin deputatı Marinka Tepiçin Serbiya silahlarının Ermənistana ixracı ilə bağlı suallarını yazılı şəkildə cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, bunun üçün rəsmi və hüquqi məhdudiyyətlər yoxdur, çünki Ermənistan heç bir çoxtərəfli sanksiyalara məruz qalmır.
"Lakin razıyam ki, gələcəkdə bu məsələyə daha diqqətlə yanaşmalıyıq ki, əla siyasi və iqtisadi əlaqələr saxladığımız bir dövlətlə dostluq münasibətləri pozulmasın", - deyə N1 televiziya kanalı Leyiçin cavabından sitat gətirib.
Xatırladaq ki, bir müddət əvvəl virtualaz.org və haqqin.az saytları Tovuz istiqamətində hücumdan bir neçə gün əvvəl və döyüş əməliyyatlarının intensivləşdiyi bir dövrdə Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana müxtəlif çaplı minaatan silah-sursatların gətirilməsinə dair silsilə məqalələr dərc etmişdi. Həmin yazılarda vurğulanmışdı ki, Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistana silah göndərilməsi Azərbaycan-Serbiya strateji tərəfdaşlığının ruhuna ziddir.