Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 05:30
İspaniyada koronavirusa qarşı sprey hazırlanır. Alimlərin fikrincə, hazırlanan sprey ağız boşluğunda koronavirusun yayılmasının qarşısını ala biləcək.
Sonxeber.net xəbər verir ki, bu barədə İspaniyanın Elmi Tədqiqatlar Ali Şurası məlumat yayıb.
"İnfeksiya ağız boşluğundan başlayır. Hazırlanan sprey isə virus hissəciklərinə nüfuz edə bilmədikləri maneə yaradacaq. Virusa yoluxma baş versə belə, sprey viral hissəcikləri zərərsizləşdirəcək.
Bu molekulların infeksiyaya təsir etdiyini təsdiqləyə bilsək, geniş spektrli antiviral əldə edə bilərik" - deyə, Ümumi Üzvi Kimya İnstitutunda işləyən alim Xulia Revuelta bildirib. (ölkə.az)