Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Portu'' Portuqaliya Kubokunun qalibi oldu

''Portu'' Portuqaliya Kubokunun qalibi oldu

Tarix: 2 Avqust 2020 09:40

Koimbrdə "Syudad-di-Koimbra" stadionunda Portuqaliya Kubokunun 2019/2020 mövsümü üzrə "Benfika" - "Portu" komandaları arasında final matçı olub.

Sonxeber.net xəbər verir ki, qarşılaşma "Portu"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Portu" matçın 37-ci dəqiqəsində azlıqda qalıb. Hücumçu Luis Dias ikinci sarı vərəqədən sonra meydandan qovulub. Serjio Konseysaunun komandası rəqibin sayca üstünlüyünə baxmayaraq, müdafiəçi Şansel Mbembanın qolu sayəsində ikinci hissənin əvvəlində hesabda irəli çıxmağa müvəffəq olub. 11 dəqiqə sonra Mbemba dubl edib.

Oyunun sonunda "Benfika"nın hücumçusu Vinisius Morais penaltini dəqiq reallaşdıraraq hesabdakı fərqi azaldıb.

"Portu" 17-ci dəfə Portuqaliya Kubokunun qalibi olub. "Əjdahalar" indi titulların miqdarına görə "Sportinq"lə ikinci yeri bölüşürlər.


Etiketlər:  Portu Portuqaliya Kubokunun qalibi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ