Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizminizdə parazit və qurd olmasının əlamətləri

Orqanizminizdə parazit və qurd olmasının əlamətləri

Tarix: 2 Avqust 2020 22:42

Hər insan özündə qurd olduğunu etiraf etməz, böyük adamda qurd nə gəzir? Bu mövzu kifayət qədər intim mövzudur, amma statistika deyir ki, yer üzü əhalisinin 80%-i qurdlardan əziyyət çəkir.

Elə hesab etməyin ki, təmizkar olmaq, yeməkləri yaxı bişirmək, gigiyenaya əməl etmək, sizi bəzi növ parazitlərdən qoruyacaq.

Parazitlər bir çox vacib orqanları zədələyib, insanın ömrünü qısalda da bilər. Ona görə vaxtında problemi aşkarlayıb, xilas olmaq lazımdır ki, orqanizmə zərər verməsinlər.

Sonxeber.net medicina.az-a istinadən bədəndə qurd olmasının bariz əlamətlərini təqdim edir:

- Bədənində qurdlar məskən salmış insan çox yorğun görünür, tez əldən düşür, yuxuya gedə bilmir, dincəlsə də yorğunluq canından çıxmır
- Sürətlə arıqlamaq, tez acmaq, yedikdən sonra doymamaq
- Gah ishal, gah qəbizlik
- Bədənin müxtəlif nahiyələrində qaşınma
- Qarında, qarının aşağısında, anus nahiyədə ağrı hissi
- Tez-tez xəstələnmək, immunitetin düşməsi
- Dilin üzərində rəngini dəyişən ərp
- Baş ağrıları

Bu əlamətlərdən 3-5 i eyni vaxtda varsa, terapevt və ya parazitoloqa müraciət edib, müvafiq analizlər verin.
Elə bilməyin ki, qurdlar təkcə bağırsaqda olur, parazitlər gözə, beyinə, qaraciyərə, mədəaltı vəzə kimi yerləşə bilir.


Etiketlər:  Orqanizminizdə parazit qurd olmasının əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ