Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 21:02
Azərbaycan Premyer Liqa təmsilçiləri "Keşlə" və "Səbail" bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Qol.az xəbər verir ki, Qəbələdə keçirilən görüşdə Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Keşlə" bundan əvvəl yoxlama matçında "Qarabağ"a uduzub (1:3), "Zirə"yə qalib gəlib (1:0). "Səbail" isə "Qəbələ"ni məğlub edib (2:1).
3 avqust
19:00. "Səbail" - "Keşlə" - 0:2
Qollar: Şəhriyar Əliyev, 45, Vüsal İsgəndərli, 62-pen