Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 13:15
Mütəxəssislərə tam aydın olmasa da, infeksiyalarda belə bir termin var - anergiya. Bu o deməkdir ki, hər hansı bakteriya və ya virusu insanların immun sistemi görmür. Yəni virus həmin şəxsləri yoluxdura bilmir.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
İSİM-in şöbə müdiri əlavə edib ki, virus həmin şəxslərə düşə bilər, ancaq orqanizmdə qalmır:
"Bu şəxslərdə virus qalmır. Çünki onların hüceyrələri virus və ya mikroba həssas deyil və onu qəbul etmir".