Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 15:16
İtaliyanın “Torino” klubunun baş məəşqçisi Moreno Lonqo istefa verib.
Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, o, qərarını A Seriyasının sonuncu – 38-ci turunda ötən gecə “Bolonya” ilə keçirilən oyundan (1:1) sonra açıqlayıb:
“Bu, mənim “Torino”da son oyunum idi. Məni komandanı elitada saxlamaq üçün dəvət etmişdilər – mən bunu etdim” – deyə Lonqo bildirib.
Fevral ayında baş məşqçi təyin edilən Lonqonun komandası mövsümü 16-cı pillədə başa vurub.
Turin təmsilçisinin yeni baş məşqçisi də artıq məlumdur. Klubun idman direktoru Davite Vaqnati yerli mətbuata açıqlamasında “Milan”ın sabiq baş məşqçisi Marko Canpaolo ilə razılıq əldə etdiklərini deyib.