Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 18:58
Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirusun yayılmasına səbəb ola bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: "Lakin nəzərə almaq lazımdır ki, toy mərasimləri zamanı 100-200 və daha çox insanların qapalı məkanda bir araya gəlməsi və yaxın təmasda olması virusun yayaılmasına səbəb ola bilər. Digər ölkələrdə yumşalmalardan sonra virusun yenidən alovlanması baş verir. Ona görə də biz təmkinli olmalı və əldə olunmuş naliyyətləri davam etdirilməliyik".