Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Başakşəhər"in Avroliqadakı oyununda italiyalı hakimlər

Tarix: 3 Avqust 2020 20:14

"Başakşəhər"in Avropa Liqasının 1/8 finalında "Kopenhagen"lə cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Lorenzo Manqanelli və Alessandro Qiallatini köməklik edəcək. David Massa dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki "Kopenhagen" - "Başakşəhər" görüşü avqustun 5-i keçiriləcək. Bu komandalar arasında İstanbuldakı ilk qarşılaşmada Türkiyə klubu 1:0 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  Başakşəhərin Avroliqadakı oyununda italiyalı hakimlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ