Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 20:15
"Digər insanlarla təmasda olduqda qoruyucu maskadan imtina koronavirus infeksiyasının yayılması ilə əlaqədar qoyulan məhdudiyyətlərin ləğvindən sonra yol verilən əsas səhvlərdən biridir".
Sonxeber.net xəbər verir ki, bu sözləri Rusiya Səhiyyə Nazirliyinin Baş kardioloqu Sergey Boytsov "Komsomolskaya Pravda" ya verdiyi müsahibədə deyib.
S.Boytsov bildirib ki, yoluxucu prosesin hər iki iştirakçısı - həm yoluxmuş, lakin yoluxduğundan xəbərdar olmayan şəxs, həm də qarşı tərəf maska taxırsa, deməli infeksiyanın yayılmasının qarşısı alınır.
Bundan əlavə, Boytsov dərmanlardan nəzarətsiz istifadə barədə də xəbərdarlıq edib.
O, həkim resepti olmadan müəyyən dərman qəbul etməyin hemorragik daxili qanaxma və bu kimi təhlükəli nəticələr doğura biləcəyini deyib. (publika.az)