Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 22:04
İngiltərə Premyer Liqasının rəhbərliyi koronavirus pandemiyası dövründə hakimlər üçün yeni təlimatları açıqlayıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, referilərə 2020/2021 mövsümündən etibarən oyun zamanı rəqibin üzünə öskürən futbolçuları cəzalandırmağı tövsiyə edib.
Buna görə həmin oyunçulara sarı, hətta qırmızı vərəqə də göstərilə bilər. Bu cür tədbirlər ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də start götürəcək.