Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 07:24
Tvitter platfrorması məşhur insanların hesabları sındırıldıqdan sonra təhlükəsizlik tədbirlərini gücləndirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət daxili alətlərə çıxışı azaldıb və bəzi funksiyaların işini dayandırıb.
"Kiberhücumdan sonra istintaqın aparılması zamanı hesabların təhlükəsizliyini təmin etmək üçün daxili alətlərimizə və sistemlərimizə çıxışı əhəmiyyətli dərəcədə azaltdıq",- deyə Tvitter bloqunda deyilir.
Təkmilləşdirilmiş təhlükəsizlik tədbirlərinə görə, bəzi funksiyalar məhdudiyyət altındadır.
Xatırladaq ki, platformaya qarşı tətbiq olunan hücum, iyulun ortalarında baş vermişdir. İlon Mask, Bill Gates, Jeff Bezos daxil olmaqla 130 istifadəçinin hesabı sındırılmışdır.