Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 08:48
Netflix'in həmtəsisçisi və şirkətin ilk baş direktoru Mark Randolph, iş dünyasında inkişaf etmək istəyənlər üçün bəzi sadə tövsiyələr verib. CNBC-yə danışan Randolph'un "kitab oxumamaq" tövsiyəsi isə əsas diqqət çəkən məqam oldu.
Amerikalı texnologiya sahibkarı, iki qurucudan biri və Netflix-in ilk icraçı direktoru, CNBC-yə verdiyi müsahibədə iş dünyasında bacarıqlarını artırmaq istəyənlərə bir neçə sadə məsləhət verdi. Özünü iş dünyasında inkişaf etdirmək istəyənlərə maraqlı məsləhətlər verən 62 yaşlı sahibkar "kitab oxumayın" sözləri ilə diqqət çəkdi.
Bir çox sahibkarlardan fərqli olaraq onlayn kursa qoşulmaq və ya kitab oxumaq kimi tövsiyyələr etməyən Mark Randolph , bunun əvəzinə, iş dünyasında öz bacarıqlarını artırmaq istəyənlərə kitab və dərsləri bir kənara qoyaraq "Bacarıqlarınızı aktiv tətbiq etməyin bir yolunu tapın" deyə məsləhət verib.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, CNBC Make It-ə danışan məşhur sahibkarın dediyinə görə ailənizdən və ya dostunuzdan birinə bir şey satmaq istəyərək iş dünyasında bacarıqlarınızı artırmaq mümkündür. Bunun üçün Netflix qurucusu, hər hansı bir müəssisə şirkətinə bir bazarlıq etmək lazım olduğunu ifadə edərək dedi: "Əvvəlcədən düşünməlisiniz. Həqiqi satış nöqtələrim nələrdir? Əvvəl nə gördülər? Bunlar necə reaksiya verəcəklər? "
1997-ci ildə Netflix'i təsis etdikdə, Marc Randolph bildirir ki, nə o, nə də ortağı Reed Hastings kino sənayəsi və ya video icarə sənayəsi haqqında bir şey bilmirdi.
Daha əvvəl CNBC-yə verdiyi müsahibədə, "İnsanlardan fərqli bir şey etmədiyimi, hamının bunu edə biləcəyini bilməsini istəyirəm" deyən amerikalı sahibkar, hətta çox ağır iş görən sahibkarların da qəti cavab tapa bilməmələri haqqında danışdı.
Randolph 1999-cu ildə Netflix-də CEO-luqdan ayrıldı və 2004-cü ilə qədər şirkətin idarə heyətində qaldı. 190-dan çox ölkədə 183 milyon pullu istifadəçi ilə Netflix-in cari bazar dəyəri təxminən 217 milyard dollar olaraq qiymətləndirilir.