Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 13:06
Biz hələ bilmirik ki, bu xəstəlik nə qədər çəkəcək. Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, biz bu gün dövlətin yanında olmalıyıq. Karantin rejimi böyük dövlətləri çökdürüb:
""Milli Şura" bildirib ki, karantin rejimin uzanması bizə sərf edir. Onlar insanların taleyini düşünmür. Düşünür ki, insanlar narazı olsa, bunların tərəfinə keçəcək".