Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 18:50
Axşam pik saatlarda sərnişin axınını idarə etmək üçün ekspres xətlər üzrə ehtiyyat avtobuslar cəlb edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun "28 May", "Nizami", "Elmlər Akademiyası", ""20 Yanvar" və "İçəri şəhər" stansiyaları istiqamətində toplanılıb. Eyni qayadada səhər pik saatlarında da tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür.