Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 22:06
Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, daşlaşmış ağac parçası anbarda suyun enməsi nəticəsində üzə çıxıb. Balıqçılar tərəfindən aşkarlanan eksponat heykəltəraş Böyükkişi Adilbəyliyə təqdim edilib.
Böyükkişi Adilbəyli APA-nın yerli bürosuna bildirib ki, ağacın dəqiq yaşını dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etmək niyyətindədir.
O qeyd edib ki, əvvəllər də Mingəçevir su anbarından suyun çəkilməsi nəticəsində qədim heyvan qalıqları da tapılıb.