Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 07:12
Cənubi Koreyanın "LG" şirkəti "Society for Information Display" (SID) virtual konfransı çərçivəsində üzvi işıq diodlar (OLED) əsasında displeylər sahəsində ən yeni texnologiyalar nümayiş etdirib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, təqdim edilən yeniliklər arasında portativ kompüterlər üçün 13,3 düymlük elastik "OLED" ekran yer alıb. 1536 × 2048 piksel təsvir ölçüsünə malik panel noutbuka çevrilən planşetlərdə tətbiq oluna bilər. Parlaqlıq 300 kandel/kvadratmetr, kontrastlıq 100 000:1 təşkil edir.
Daha bir yenilik - 55 düym diaqonallı şəffaf "OLED" displeydir. O, 1920 × 1080 piksel təsvir ölçüsünə malikdir və sensorlu idarəetməni dəstəkləyir. Bu panel "ağıllı" pəncərə, intellektual vitrin və s. tərkib hissəsi olacaq.
Televizorlar seqmentində 65 düym diaqonallı rulona bükülən "4К" (3840 × 2160 piksel) formatlı "OLED" ekran xüsusi diqqət çəkir.
Bundan başqa, avtomobil multimedia sistemləri üçün bükülən "OLED" displey nümayiş olunub. 12,8 düym diaqonallı və 1888 × 1728 piksel təsvir ölçülü paneli, məsələn, oturacağın başlığında və ya avtomobilin mərkəzi konsolunun kiçik bölməsində tam gizlətmək mümkündür.